24 vilayətdə terror təşkilatı DEAŞ-a qarşı bir həftədir davam edən “Gürz-41” və “Gürz-42” əməliyyatlarında 100 şübhəlinin ələ keçirilib.
Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Daxili işlər naziri Əli Yerlikaya deyib.
Əməliyyat zamanı terror təşkilatına üzv olan 100 şübhəlinin ələ keçirildiyini ifadə edən Yerlikaya, İstanbul və Ankara da daxil olmaqla 24 vilayətdə həyata keçirilən əməliyyatlarda tutulan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdiklərini bildirib.
Elmin Alışov