Almaniya qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində 2023-cü ilin oktyabr ayından bəri 43,500 nəfəri geri qaytardığını açıqlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tətbiqin qaydasız girişlərin böyük ölçüdə qarşısını aldığını bildirərək, sərhəd nəzarətinin bütün daxili sərhədləri əhatə etdiyini və bunun insan alverinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məlumata görə, Almaniyada sığınacaq müraciətlərinin 2024-cü ildə bir əvvəlki ilə nisbətən 111 min, nizamsız köçün isə 34% azaldığı bildirilib.