Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb
siyasət

Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb

27-01-2025 22:00 58 Просмотров
IMG

Azərbaycanın Keniyadakı səfiri bu ölkənin informasiya naziri Vilyam Kaboqo Gitau ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

 

“Azərbaycanın Keniya səfiri Zati-aliləri Sultan Hacıyev bu gün İnformasiya, Kommunikasiya və Rəqəmsal İqtisadiyyat Nazirliyinin mənzil-qərargahında qurumun kabinet katibi hörmətli Vilyam Kaboqo Gitau ilə ikitərəfli görüş keçirib”, – dövlət qurumunun sosial şəbəkə hesabında qeyd olunub.

 

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Nayrobidəki diplomatik nümayəndəsi Şərqi Afrika ölkəsinin gənclər və idman naziri Kipçumba Murkomenlə görüşərək innovasiya, yaşıl enerji, habelə idman kimi sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmişdi.