Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib.
Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub.
Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.