Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yağış yağıb, duman olub - FAKTİKİ HAVA
sosial

Yağış yağıb, duman olub - FAKTİKİ HAVA

24-01-2025 10:00 83 Просмотров
IMG

Yanvarın 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən xəbərə görə, hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.