Donald Tramp kriptovalyutalar üzrə işçi qrupunun yaradılması haqqında fərman imzalayıb.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Fərmana əsasən, Rəqəmsal Aktiv Bazarları üzrə İşçi Qrup adlanan qrupa rəqəmsal aktivlər üçün federal tənzimləyici bazanın hazırlanması və strateji milli rəqəmsal aktiv fondunun yaradılmasını qiymətləndirmək tapşırılacaq.
Elmin Alışov