Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Nazir müavini Elnur Məmmədov Pakistanın XİN başçısı ilə görüşüb
siyasət

Nazir müavini Elnur Məmmədov Pakistanın XİN başçısı ilə görüşüb

23-01-2025 23:00 22 Просмотров
IMG

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Pakistan Baş nazirinin müavini, xarici işlər naziri, senator Məhəmməd İshaq Dara ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

 

Nazir müavini Məmmədov XİN başçısına bu gün keçirilən ikitərəfli siyasi məsləhətləşmələrin 4-cü raundu çərçivəsində apardığı müzakirələr barədə məlumat verib.

 

Məhəmməd İshaq Dara Pakistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.