Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu şəxslərə yeni mənzillər veriləcək: 1,2 milyonluq layihə
sosial

Bu şəxslərə yeni mənzillər veriləcək: 1,2 milyonluq layihə

23-01-2025 22:00 15 Просмотров
IMG

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılmaqdadır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

 

Tvit.az-ın Trend-ə istinadən məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

 

Belə ki, sözügedən rayonda 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

 

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlər start götürüb.

 

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 1,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.