Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırmasından ölənlərin sayı ilin əvvəlindən 22-yə yüksəlib.
Tvit.az xəbər verir ki, bu barədə Nigeriya xəstəliklərə nəzarət mərkəzi məlumat yayıb.
Açıqlamada bildirilib ki, ilin əvvəlindən ölkədə 484 şübhəli Lassa qızdırması aşkarlanıb və onlardan 143-ü aparılan analizlərdə müsbət nəticə verib.
Bu müddət ərzində epidemiyada həyatını itirənlərin sayının 22-yə çatdığı paylaşılıb.
Elmin Alışov