Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi
sosial

Nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi

22-01-2025 17:00 16 Просмотров
IMG

“Nəqliyyat haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihə, “Lisenziyalar və icazələr haqqında” qanunun 4.1-ci maddəsinin tələbinə uyğun olaraq, bəzi fəaliyyətlər üçün lisenziya və icazələrin alınmasından azadolmanı nəzərdə tutur. 

"Tvit.az" xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində çevikliyin təmin edilməsi məqsədini daşıyır.

Qanun layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün tələb olunan lisenziya və icazələrdən azad edilməsi təklif olunur.

Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin dəqiq siyahısı isə qanun qəbul edildikdən sonra təsdiq ediləcək. Bu dəyişikliklər nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin daha səmərəli və operativ fəaliyyət göstərməsinə şərait yaradır. 

Qeyd edilən yanaşma əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” qanun çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, eləcə də “Kosmik fəaliyyət haqqında” qanun vasitəsilə Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmosa) tətbiq edilmiş analoji qaydalara əsaslanır.

Qanun layihəsinin qəbulu nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının öz funksiyalarını daha çevik və səmərəli şəkildə yerinə yetirmələrinə töhfə vermək məqsədini daşıyır.