Azərbaycan-Oman Sultanlığı parlamentlararası əlaqələr üzrə İşçi Qrupu yaradılır.
"Tvit.az" xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, deputat Salmanova Səbinə Azərbaycan-Oman Sultanlığı parlamentlararası əlaqələr üzrə İşçi Qrupuna rəhbər təklif edilir.