Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı fərmanını şərh edib.
Tvit.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onun sözlərinə görə, fərmanda yeni adın Amerika Körfəzi olduğu qeyd olunub. “ABŞ-ın kontinental şelfinə uyğun gələni Amerika Körfəzi adlandırırlar. Bizim və bütün dünya üçün bu, hələ də Meksika körfəzidir” - deyə, siyasətçi bildirib.
Bundan əvvəl Tramp inauqurasiya zamanı çıxışı zamanı Meksika körfəzinin adının Amerika Körfəzi və Alyaskadakı Denali dağının adının dəyişdirilməsini təklif etmişdi.
Aysel Şirinova