"Kubanı ABŞ-ın terrorizmin sponsorları siyahısına daxil etməsinin səbəbləri aydın deyil".
Tvit.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, ABŞ prezidenti Donald Trampın Kubanı ABŞ-ın terrora sponsorluq edən dövlətlər siyahısına daxil etməsi qərarını tənqid edib.
Zaxarova qeyd edib ki, Kubanın yenidən bu dövlətlər siyahısına salınmasının səbəbləri aydın deyil. “Tamamilə aydındır ki, bu, əslində terrorla mübarizədən getmir. Əvvəlki Amerika administrasiyası Kubanın beynəlxalq terrorizmi dəstəklədiyinə dair heç bir dəlil olmadığını bildirib. Və bu, təkzibedilməz fakt olaraq qalır” - deyə, bəyanatda bildirilir.
Aysel Şirinova