Tərəflər ikitərəfli əməkdaşlıq, İsrail və HƏMAS tərəfindən Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin təmin edilməsi və əsir düşənlərin azad edilməsi üçün birgə vasitəçilik məsələlərini müzakirə ediblər. Söhbət zamanı Suriyadakı son hadisələr və keçid dövründə Suriya xalqına dəstək üçün davam edən regional koordinasiya da müzakirə edilib.