ABŞ prezidenti Co Bayden Fələstin məsələsi və fələstinlilərin təhlükəsizliyini nəzərə almadan İsrailin uzunmüddətli perspektivdə sağ qala biləcəyi fikrini real hesab etmədiyini bildirib.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Yaxın Şərq sülhünün və xüsusilə Qəzza məsələsinin çətin məsələlər olduğunu və Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdıqlarını müdafiə edən Bayden, hətta səlahiyyət müddətinin sonunda da atəşkəsin əldə olunmasından məmnun olduğunu qeyd edib.
Elmin Alışov