ABŞ-nin yeni seçilmiş prezidenti Tramp İsrail və HƏMAS arasında razılığın əldə olunduğunu açıqlayıb. Tvit.az-ın xarici KİV-lərə istinadla verdiyi xəbərə görə, Tramp Yaxın Şərqdə razılıq əldə olunduğunu və girovların azad ediləcəyini deyib.
Detalları təqdim edirik:
Atəşkəsin davam etdiyi hər gün Qəzzaya 50-si yanacaq daşıyan 600 yük maşını humanitar yardım daxil olacaq. Yük maşınlarından 300-ü zolağın şimalına göndəriləcək.
İsrail 2023-cü il oktyabrın 7-dən həbsdə olan 19 yaşından kiçik bütün fələstinli qadın və uşaqları birinci mərhələnin sonuna qədər azad edəcək .
HƏMAS razılaşmanın ilk günündə 3 girovu azad edəcək. Bundan əlavə, birinci mərhələdə ümumilikdə 33 israilli girov azad ediləcək.
İsrail hər mülki girov üçün 30 fələstinli məhbusu və hər İsrail əsgəri üçün 50 fələstinli məhbusu azad edəcək. Bu, həbsdə olan 1000-dən çox fələstinlinin azad edilməsi deməkdir.
Razılaşmanın birinci mərhələsində İsrail qüvvələri tədricən Qəzzadan çəkiləcək və köçkün fələstinlilər bölgəyə qayıdacaq.
Atəşkəsin 16-cı günündə bütün israilli məhbusların azad edilməsi və İsrail ordusunun tamamilə geri çəkilməsi məqsədi ilə razılaşmanın növbəti mərhələləri üzrə danışıqlar başlayacaq.
Aysel Şirinova