Kreml ABŞ-ın Rusiyanın enerji sektoruna qarşı sanksiyalarına cavab verəcək
Tvit.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın yanacaq-energetika kompleksinə qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiyanın ABŞ-a eyni şəkildə cavab verəcəyini istisna etməyib.
Kreml sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Heç nəyi istisna etmək olmaz. Ediləcək işlər ölkəmizin maraqlarına daha çox xidmət edən şey olacaq".
O qeyd edib ki, Moskva bu sanksiyaların nəticələrini minimuma endirəcək və yerli şirkətlərin maraqlarına ən yaxşı şəkildə xidmət edəcək tədbirlər görəcək.
Aysel Şirinova