Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial BQXK əməkdaşları Azərbaycanda saxlanılan separatçılara baş çəkdi
sosial

BQXK əməkdaşları Azərbaycanda saxlanılan separatçılara baş çəkdi

15-01-2025 13:00 16 Просмотров
IMG

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkmişlər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir",-məlumatda qeyd edilib.