Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şamaxıda torpaq sürüşməsi aktivləşib
sosial

Şamaxıda torpaq sürüşməsi aktivləşib

14-01-2025 20:00 24 Просмотров
IMG

Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.

 

Tvit.az xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.

 

Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

 

Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.