Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verdi
siyasət

Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verdi

14-01-2025 19:00 34 Просмотров
IMG

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı məktubu göndərib.

"Tvit.az" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".