Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısının bu ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Türkiyə ilə daha da dialoq qurmaq qərarına gəlib. 6 ildən sonra Aİ ilə Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoq görüşünün keçirilməsi planlaşdırılır.
Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısı sonuncu dəfə 28 fevral 2019-cu ildə İstanbulda keçirilib.
Aİ Komissiyasının genişlənmə üzrə məsul üzvü Marta Kos Brüsseldə Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edib.
Aysel Şirinova