Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Ukraynada illik inflyasiya 12%-ə qədər sürətləndi
dünya

Ukraynada illik inflyasiya 12%-ə qədər sürətləndi

10-01-2025 20:00 15 Просмотров
IMG

Ukraynada illik inflyasiya 12%-ə qədər sürətlənib ki, bu da 2023-cü ildəki ilə 2 dəfə yüksəkdir.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Statistika Xidmətinə istinadən Verxovna Rada Maliyyə, Vergi və Gömrük Siyasəti üzrə Komitənin rəhbəri Danylo Hetmantsev öz Teleqram kanalında bildirib.

 Bundan əvvəl Ukrayna Milli Bankı il ərzində inflyasiyanın 8,5% səviyyəsində olacağını proqnozlaşdırmışdı. Lakin 2024-cü ilin ikinci yarısında qiymət artımının sürətlənməsindən sonra vəziyyət dəyişib.

"2024-cü ilin sonunda istehlak inflyasiyası 12% təşkil edib",- deyə bildirilib.

Məlumata görə, il ərzində ərzaq və alkoqolsuz içkilərin qiyməti 14,1% artıb. Tərəvəzlərin qiyməti ən çox - 48,3%, kərə yağı isə 33,9% artıb. 18,9% artım qeydə alınır. 2024-cü il iyunun 1-dən əhalinin elektrik enerjisi tarifi 63,6% artıb. 

Aysel