ABŞ ilk dəfə 2025-ci ildə Yəmənin Ənsar Allah hərəkatının husi silahlılarına zərbələr endirib.
Tvit.az “UPI” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu zərbələr ABŞ Mərkəzi Komandanlığının İranın dəstəklədiyi husilərin bölgədəki regional tərəfdaşlarını, hərbi və ticarət gəmilərini təhdid etmək səylərini dayandırmaq səylərinin bir hissəsidir ",- komandanlığın bəyanatında deyilir.
Elmin Alışov