Finlandiyanın baş naziri Petteri Orpo Rusiya ilə sərhədin mümkün açılması ilə bağlı suala cavab verərək, onun bağlı qalacağını bildirib.
o bunu ölkənin partiyalarının və parlament fraksiyalarının rəhbərləri ilə təhlükəsizlik məsələlərini müzakirə etdikdən sonra deyib.
"Təəssüf ki, şərq sərhədinə təhlükənin qiymətləndirilməsi dəyişməz olaraq qalır. Ona görə də biz sərhədi aça bilmərik", - finlandiyalı baş nazir deyib.