Birləşmiş Ştatlarda məhkəmə ABŞ-ın seçilmiş prezidenti Donald Trampa qarşı keçirilən işlərə dair hesabatın dərcinin qarşısını alıb. Bu barədə "The Washington Post" (WP) qəzeti yazır.
Qeyd edək ki, məhkəmə xüsusi prokuror Cek Smitin siyasətçiyə qarşı aparılan araşdırmaların nəticələrinə dair hesabatının dərcinin qarşısını alıb. Bu qərarı Florida ştatının cənub bölgəsi üzrə Federal Məhkəmənin hakimi Eylin Kannon verib.
Abş-ın 11-ci dairə üzrə Apellyasiya Məhkəməsi bu iş üzrə digər iki təqsirləndirilən şəxsə qarşı işlər yekunlaşmayınca hesabat buraxılmayacaq.