ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandıracaq.
Bu barədə "The Independent" qəzeti xəbər verir.
"Körfəz böyük bir ərazini əhatə edir. Amerika körfəzi, nə gözəl ad. Və bu, münasibdir", - Deyə Tramp Florida ştatının Palm-Biç şəhərindəki "Mar-a-Laqo" yaşayış binasında keçirdiyi mətbuat konfransında bildirib.