London klubu "The Squid Game" serialın ikinci mövsümünün buraxılışı üçün Netflix ilə əməkdaşlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən "Spurs"un ev matçları “Squid Games” üslubunda keçirilir.
Çəhrayı kostyumlu mühafizəçilər fasilə zamanı adi stüardları əvəz ediblər.
Tottenham, həmçinin kişi və qadın komandalarından oyunçuların serialda göstərilən bəzi çağırışlarda iştirak etdiyi videolar hazırlayıb.
Dekabrın 29-da "Vulverhempton"la oyundan əvvəl nəhəng "Yong-hee" kuklası formasında dirijablın buraxılması planlaşdırılır.
Elmin Alışov