"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası başa düşür ki, Ukraynada milyardlarla dollar Amerika klanlarının maraqları naminə yuyulur".
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya Pravda” radiosunda bildirib.
"Görün, Ukraynadakı vəziyyət onun (Tramp), tərəfdaşları üçün nə deməkdir. O, son seçkilərlə bağlı nəhəng manipulyasiyaların bir hissəsi oldu. Axı bütün Bayden klanının – Cozef, Hunterin – Kiyev rejimi ilə , Zelenski və onun sələfləri ilə korrupsiyası bir çox hadisələrin aparıcı kəmərinə çevrildi” - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, çirkli pulların yuyulması Barak Obamanın prezidentliyi dövründə başlayıb və bu, ictimai fəalların və jurnalistlərin diqqətinə düşüb. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Tramp və komandası Ukraynadakı korrupsiyanın miqyasından xəbərdardır.
Aysel Şirinova