Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın cəbhəyə göndərdiyi Şimali Koreya əsgərlərinin ağır itki verdiyini və bunun qarşısını almaq üçün Çinin Pxenyana təzyiq göstərməli olduğunu bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Zelenski X hesabında deyib.
“Şimali Koreyanın qonşuları, xüsusən də Çin bu mövzuda öz təsirlərindən istifadə edə bilər. Əgər Çin müharibənin uzadılmaması lazım olduğu ilə bağlı bəyanatlarında səmimidirsə Pxenyan tərəfinə lazımi təzyiq göstərmək üçün səy göstərməlidir”,-deyə o, qeyd edib.
Elmin Alışov