Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

"Tvit.az" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Səkinə Sadıxovaya həvalə olunub.

Qeyd edək ki, Səkinə Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.