Biz dünya ilə vuruşmamalıyıq.
Tvit.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Biz heç kimlə döyüşmürük. Biz var gücümüzlə ölkəmizin sərhədlərini və bütövlüyünü qoruyuruq və qoruyacağıq. Eyni zamanda, heç kimə ölkəmizə hücum etmək imkanı verməyəcəyik. İran heç bir ölkənin ərazisinə göz dikməyib”, - deyə Pezeşkian vurğulayıb.
Elmin Alışov