Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Makeyevi Ukraynanın Almaniyadakı səfiri vəzifəsindən azad etmək qərarına gəlib.
Tvit.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Makeyevin dəyişdirilməsi dünya üzrə çoxsaylı ukraynalı diplomatların müntəzəm rotasiyasının bir hissəsidir. Gözlənilir ki, Ukraynanın Almaniyadakı yeni səfiri hazırda Ukraynanın İsraildəki diplomatik missiyasına rəhbərlik edən Yevgeni Korniyçuk olacaq.
Elmin Alışov