Çin hakimiyyəti daha iki hərbi məmuru, Xalq Azadlıq Ordusunun Quru Qoşunları komandanının müavini Yu Haitaonu və Cənub Komandanlığının Dəniz Qüvvələrinin komandanı Li Penqçenqi Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin üzvlərindən uzaqlaşdırıb.
Tvit.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Onların nizam-intizamı pozmaqda şübhəli bilindiyi bildirilir.
Nəşr yazır ki, onların getməsi antikorrupsiya kampaniyasının səngimədən davam etdiyinə dair son əlamətdir.
Elmin Alışov