Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Ukrayna: “Rusiya Milad günü qeyri-insani hücumlara başlayıb
dünya

Ukrayna: “Rusiya Milad günü qeyri-insani hücumlara başlayıb

25-12-2024 18:00 20 Просмотров
IMG

 Rusiya çərşənbə günü "qeyri-insani" Milad günü hücumu ilə Ukraynanın enerji sisteminə, bəzi şəhərlərinə qanadlı, ballistik raketlər və pilotsuz təyyarələrlə hücum edib.
Tvit.az “Reuters”a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib. 
“Rusiya Prezidenti Vladimir Putin qəsdən hücum etmək üçün Milad bayramını seçib. Bundan qeyri-insani nə ola bilər? 70-dən çox raket, o cümlədən ballistik raketlər və yüzdən çox hücum pilotsuz təyyarəsi" – deyə, o, bildirib.
Ukrayna ordusu bildirib ki, hava hücumundan müdafiə qüvvələri gecə və çərşənbə günü səhər saatlarında Rusiyanın 59 raketi və 54 pilotsuz təyyarəsini vurub.

Rusiya Müdafiə Nazirliyi Kiyevin “hərbi-sənaye kompleksi”nin işini dəstəkləyən kritik enerji obyektlərinə “kütləvi zərbə” endirdiyini təsdiqləyib.


Aysel Şirinova