ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Minsk razılaşmaları ilə vəziyyətin təkrar olunmasını istəmir.
Tvit.az xəbər verir ki, bunu Amerikanın növbəti rəhbərinin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq deyib.
"Biz keçmişdə sülh proseslərini görmüşük. Məsələn, Minsk müzakirə prosesi çərçivəsində Rusiya və Ukraynanın cəhdi baş tutmadı. Bu cəhdlər açıq-aydın baş tutmadı. Prezident Tramp bunu istəmir", - Kelloq deyib.
Kelloq əlavə edib ki, Tramp müttəfiqlərlə, eləcə də Rusiya prezidenti Vladimir Putinlə olan münasibətlərin əhəmiyyətini dərk edir. O, Amerikanın seçilmiş prezidentinin "nisbətən yaxın gələcəkdə" Ukraynadakı münaqişənin həllinə nail ola biləcəyinə ümid etdiyini bildirib.
Aysel Şirinova