Almaniya kansleri Olaf Şolts ABŞ-ın seçilmiş prezidenti Donald Trampla telefon danışığı olub. Rİa Novosti yazır ki, söhbət zamanı tərəflər razılaşıblar ki, Ukraynada münaqişə çox uzun müddətdir davam edir. Bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Steffen Hebestreit deyib.
"Bu gün kansler Olaf Şolez ABŞ-ın seçilmiş prezidenti Donald Trampla bir daha telefonla danışıb. Söhbət Avropada təhlükəsizliklə bağlı çətinliklərdən gedir", - deyə o vurğulayıb.