Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi tezliklə həyata keçiriləcək.
Tvit.az “Hüriyyət”ə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.
O qeyd edib ki, Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəkləyir:
“Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Bunun sülh dəhlizinə çevriləcəyinə ümid edirəm”.