Suriyanın terrorçular üçün sığınacaq və ya tranzit məntəqəsinə çevrilməsinə icazə verilməməlidir. Bunu İraqın BMT-dəki daimi nümayəndəsi Abbas Kazem Obeid BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı iclasında deyib.
"Biz bütün Suriya qüvvələrinin böhranın həlli prosesində] effektiv iştirakını təmin etmək üçün aydın yol xəritəsinin hazırlanmasına çağırırıq. Biz həmçinin suriyalıları dəstəkləməyə və ölkədəki siyasi parçalanmaya son qoymağa çağırırıq",- vurğulayıb.
Aysel