Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qlobal işçi qüvvəsinin 168 milyonu miqrant işçilərdir
dünya

Qlobal işçi qüvvəsinin 168 milyonu miqrant işçilərdir

16-12-2024 23:00 81 Просмотров
IMG

Qlobal işçi qüvvəsinin 168 milyonu miqrant işçilərdir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının 2019-2022-ci illəri əhatə edən “Qlobal İşçi Miqrant Təxminləri” adlı hesabatına əsasən, 2022-ci ildə dünyada beynəlxalq immiqrantların sayı 284,5 milyon nəfərə çatıb.
Bunlardan 255,7 milyonu əmək qabiliyyətli (15 yaş və yuxarı) immiqrant əhalidən ibarətdir. Beynəlxalq işçi qüvvəsində isə immiqrantların ümumi sayı 2022-ci ildə 167,6 milyon nəfərə yüksəlib. Beynəlxalq işçi qüvvəsində immiqrantların ümumi sayı 2019-cu ildə 164 milyon olaraq hesablanıb. Maraqlıdır ki, sözügedən işçi qüvvəsi 2013-cü ildən bəri 30 milyondan çox artıb.
Kişi əməkçi miqrantların sayı 102,7 milyon, qadın əməkçi miqrantların sayı isə 64,9 milyon nəfər olaraq hesablanıb. İmmiqrantlar qlobal işçi qüvvəsinin 4,7 faizini təşkil edir.
Əməkçi miqrantların 68,4 faizi yüksək gəlirli ölkələrdə, 17,4 faizi orta gəlirli ölkələrdə, 10,9 faizi aşağı orta gəlirli ölkələrdə, 3,3 faizi isə aşağı gəlirli ölkələrdə yaşayır.
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Gilbert F. Hounqbo məsələni dəyərləndirərkən qeyd edib ki, əmək miqrantları qlobal işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasına və iqtisadi artıma böyük töhfə verir.
Aysel Şirinova