BMT-nin baş katibi Antonio Quterreş Ərdoğana Efiopiya ilə Somali arasında razılaşmaya rəhbərlik etdiyinə görə təşəkkür edib.
Tvit.az xəbər verir ki, bu barədə BMT yazılı açıqlama yayıb.
Açıqlamada, Quterreşin Ankara Bəyannaməsini alqışladığı, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarına gəldiyi bildirilib.
Elmin Alışov