Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Əraqçı: İsrail ABŞ-ı İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışır
dünya

Əraqçı: İsrail ABŞ-ı İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışır

26-11-2026 14:00 38 Просмотров
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı İsraili Tehranın kimyəvi silah hazırladığı və bu silahları əczaçılıq zavodlarında gizlətdiyi barədə ittihamlar irəli sürməklə ABŞ-ı İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.


Tvit.az xəbər verir ki, Əraqçı bu barədə “X” sosial şəbəkəsində yazıb.


“Bu müharibə qızışdırıcısı utanmadan İranı – Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü və Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanı olan dövləti – belə iyrənc silahları hazırlamaqda və onları əczaçılıq zavodlarında gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ı aldadaraq onun əvəzinə yeni müharibəyə başlamağa sövq etməkdir”, – deyə nazir bildirib.


Elmin Alışov