Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qazaxıstan və Rusiya BMT çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər
dünya

Qazaxıstan və Rusiya BMT çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər

25-11-2026 09:00 9 Просмотров
IMG

Qazaxıstan xarici işlər nazirinin müavini Aşıkbayev Rusiyanın respublikadakı səfiri Borodavkin ilə görüş keçirib.

 

Tvit.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən Qazaxıstanın BMT strukturunda Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüsünün təşviqi müzakirə olunub.

 

Tərəflər həmçinin süni intellekt texnologiyalarının tənzimlənməsi və istifadəsi sahəsində beynəlxalq təşəbbüslər, eləcə də dekabrda Mayamidə keçiriləcək G20 sammitinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

 

Aysel Şirinova