Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
sosial

Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

25-11-2026 10:00 8 Просмотров
IMG

Lənkəranda yeddi kənddə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

 

Tvit.az-ın məlumatına görə, Lənkəran rayonunun yeddi kəndində aparılacaq təmir işləri ilə əlaqədar 6 500 abonentin elektrik enerjisi ilə təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

 

Bu səbəbdən Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.