Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyədən Ermənistanın yeni Konsitusiyasına reaksiya
dünya

Türkiyədən Ermənistanın yeni Konsitusiyasına reaksiya

24-11-2026 16:00 14 Просмотров
IMG

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanın yeni Konstitusiya layihəsini “tarixi” adlandırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə türkiyəli diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Ermənistanın yeni Konstitusiya layihəsindən Türkiyə ilə fikir ayrılıqlarına səbəb olan müddəa çıxarılıb.

“Hər zaman qeyd etdiyim kimi, cənab Nikol Paşinyan təkcə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində deyil, həm də regionda davamlı sülhün və sabitliyin təmin olunması məsələsində konstruktiv və səmimi tərəfdaşdır”, – deyə Serdar Kılıç bildirib.

Türkiyəli diplomat paylaşımında Ermənistanın baş naziri Nikol Paşinyanın fotosunu da dərc edib.