Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb
dünya

Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb

24-11-2026 11:00 35 Просмотров
IMG

2026-cı ilin yanvar-oktyabr aylarında Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2,4 milyard ABŞ dollarına çatıb.

 

Tvit.az-ın Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 12 faiz artıb.

 

Rusiya Gürcüstanın üç ən böyük ticarət tərəfdaşından biridir. Gürcüstanın Rusiyaya ixrac etdiyi məhsulların əsas hissəsini şərab, mineral su və meyvələr təşkil edir.

 

Rusiya isə Gürcüstanın əsas buğda tədarükçüsüdür. Bundan əlavə, Rusiya Gürcüstana neft məhsulları və günəbaxan yağı ixrac edir.