Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının iki böyük rayonunda su olmayacaq
sosial

Bakının iki böyük rayonunda su olmayacaq

23-11-2026 14:00 4 Просмотров
IMG

Sabah paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb.

 

Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

 

Suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.