Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Finlandiya Rusiya ilə sərhəddə istehkamlar quracaq
dünya

Finlandiya Rusiya ilə sərhəddə istehkamlar quracaq

23-11-2026 12:00 7 Просмотров
IMG

Finlandiya parlamentinin üzvləri Rusiya ilə sərhəd boyunca tank əleyhinə maneələrin və digər müdafiə istehkamlarının qurulması imkanlarını nəzərdən keçirirlər.

 

Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Finlandiya parlamentinin Müdafiə komitəsinin sədri Heykki Autto bildirib ki, Ukraynadakı müharibədən çıxarılan nəticələr sərhəd boyunca müdafiə istehkamlarının hələ sülh dövründə yaradılmasının vacibliyini göstərir.

 

"Biz Ukraynadakı müasir döyüş şəraitini öyrənir və təhlil edirik. Lakin hazırkı vəziyyət göstərir ki, bu cür müdafiə istehkamları hələ sülh dövründə qurulmalıdır", – deyə o bildirib.

H.Auttonun sözlərinə görə, Ukraynadakı müharibənin əsas dərslərindən biri hərbi əməliyyatların ilkin mərhələsində itirilən ərazilərin sonradan geri qaytarılmasının son dərəcə çətin olmasıdır.

Komitə sədri vurğulayıb ki, müasir döyüş şəraitində pilotsuz uçuş aparatları, müşahidə və zərbə sistemləri geniş əraziləri əhatə edən "məhvetmə zonası" yaradır. Bu isə sərhəd müdafiəsinin əvvəlcədən gücləndirilməsini zəruri edir.

"Əgər hərbi əməliyyatların əvvəlində düşmənin 50 kilometr irəliləməsinə imkan verilərsə, sonradan onu geri çəkilməyə məcbur etmək, demək olar ki, mümkünsüz olacaq. Məhz buna görə də sərhəd düşmənin irəliləməsinin qarşısını ala biləcək şəkildə möhkəmləndirilməlidir", – deyə H.Autto qeyd edib.