Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ İranın Kişm adasındakı raket kompleksinə zərbə endirib
dünya

ABŞ İranın Kişm adasındakı raket kompleksinə zərbə endirib

17-11-2026 23:00 10 Просмотров
IMG

ABŞ qırıcıları İranın cənubunda yerləşən Kişm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket kompleksini yüksək dəqiqlikli silahlarla vurub.

Bu barədə ABŞ Silahlı Qüvvələrindəki mənbə İsrailin “I24 News” telekanalına məlumat verib.

Mənbənin sözlərinə görə, zərbələr SEPAH-ın regionda ABŞ hərbçilərinə qarşı həyata keçirdiyi “təcavüzə” cavab olaraq endirilib.

Qeyd edək ki, bundan əvvəl mediada Kişm adasında partlayışların baş verdiyi və tüstünün yüksəldiyi barədə məlumatlar yayılmışdı. Lakin hadisənin səbəbi açıqlanmamışdı.