Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
sosial

Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı

17-11-2026 11:00 57 Просмотров
IMG

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 500 nəfər həlak olub, 640 nəfər yaralanıb.

 

Tvit.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.4 faiz azdır.

 

Qəzalar nəticəsində zərərçəkənlərin ümumi sayı 9.8 faiz azalaraq 1140 nəfər olub. Həlak olanların sayı 1.4 faiz, yaralananların sayı isə 15.5 faiz azalıb.

 

Ümumi azalmaya baxmayaraq, magistral avtomobil yollarında qeydə alınan qəzaların sayı 5.1 faiz artaraq 143-ə çatıb. Yaşayış məntəqələrində isə 695 hadisə baş verib ki, bu da illik müqayisədə 9.6 faiz azdır.

 

Hadisələrin 82.9 faizi yaşayış məntəqələrinin payına düşüb. Bu ərazilərdə 345 nəfər həlak olub, 591 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 2.3 faiz, yaralananların sayı isə 16.5 faiz azalıb.

 

Toran vaxtı baş verən qəzaların sayında da artım qeydə alınıb. Belə hadisələrin sayı 27.4 faiz artaraq 149 olub. Gündüz vaxtı 339, gecə isə 350 qəza baş verib. Bu göstəricilər müvafiq olaraq 15.9 faiz və 9.1 faiz azalıb.

 

Qəzaların 41.8 faizi gecə, 40.4 faizi gündüz, 17.8 faizi isə toran vaxtı qeydə alınıb. Hadisələrin 34 faizi şənbə və bazar günlərinə təsadüf edib.

 

Quru yol örtüyündə 799 hadisə baş verib və bu göstərici 8.4 faiz azalıb. Yaş, buzlu və digər vəziyyətdə olan yol örtüyündə isə hadisələrin sayı 18.2 faiz artaraq 39-a çatıb.

 

Bütün qəzaların 42.2 faizi nəqliyyat vasitələri və piyadaların, 37.1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20.7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

 

Həlak olanların 76.8 faizini, yaralananların isə 72.2 faizini kişilər təşkil edib.