Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Mirzoyan da NATO nümayəndəsi ilə görüşdü - Azərbaycan Ermənistan məsələsinə toxunulub
dünya

Mirzoyan da NATO nümayəndəsi ilə görüşdü - Azərbaycan Ermənistan məsələsinə toxunulub

17-11-2026 11:00 58 Просмотров
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

 

Tvit.az xəbər verir ki, görüşdə Ermənistan və NATO arasında tərəfdaşlığın inkişafı, o cümlədən mövcud əməkdaşlıq formatları çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Ararat Mirzoyan regionlararası nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhün regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də NATO-nun xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Həmin görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də əməkdaşlığın yeni modellərinin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Aysel Şirinova,

Tvit.az